WRCC 2026 üzrə infosessiya Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olundu

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BSIIVEC) 2026-cı ildə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək “World Robot Caspian Cup 2026” (WRCC) beynəlxalq robotexnika yarışı ilə bağlı tələbələr üçün infosessiya təşkil olunub.

İştirakçılara mövzu ilə bağlı videoçarx təqdim olunduqdan sonra WRCC layihə koordinatoru Lalə Qurbanova və texniki koordinasiya üzrə mütəxəssis Ayla Ağayeva turnirlə bağlı təqdimat ediblər.

Bildirilib ki, dövlət və özəl qurumlarının dəstəyi ilə reallaşdırılacaq yarış Türk Dövlətləri Təşkilatı, Xəzəryanı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin bir araya gələcəyi regionun ən böyük robotexnika və innovasiya platforması kimi həyata keçiriləcək.

Layihənin əsas məqsədi robotexnika, dron texnologiyaları və süni intellekt sahələrində ixtisaslaşmış tələbələri bir platformada birləşdirmək, onları beynəlxalq yarışlara hazırlamaq, universitetlər arasında elmi-texniki əməkdaşlığı gücləndirmək və texnoparkların inkişafına dəstək verməkdir.

Tədbirin detalları

İnfosessiya zamanı yarışın strukturu, komanda formalaşdırılması, seçim mərhələləri, iştirak imkanları barədə iştirakçılara məlumatlar təqdim olunub. Yarışa qatılmaq istəyənlər bu link vasitəsilə müraciət edə bilərlər.

Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 1
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 2
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 3
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 4
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 5
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 6
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 7
Bakı Dövlət Peşə Təhsil Mərkəzində WRCC 2026 infosessiyası 8