WRCC 2026 Final Mərhələsinə Keçid və Qeydiyyat Prosesi
Yalnız I mərhələni uğurla tamamlayan və qeydiyyatı açıq olan kateqoriyalar üzrə iştirak edən komandalar WRCC 2026 Final mərhələsi üçün qeydiyyatdan keçə bilərlər.
Final mərhələsinə keçid üçün komandalar tərəfindən müvafiq hesabatın təqdim edilməsi, komanda məlumatlarının tam və düzgün doldurulması, eləcə də qeydiyyat prosesinin tam şəkildə tamamlanması tələb olunur.
Bu mərhələni uğurla başa vuran komandalar World Robot Caspian Cup 2026 yarışının final mərhələsində iştirak hüququ əldə edəcəklər.
