Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsi keçirildi

WRC 2024-ün - Qalibləri

8-9 iyun 2024-cü il tarixlərdə Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Technest” təqaüd proqramının dəstəyi Azərbaycan Robotexnika Mühədisliyi və WRC Azərbaycanın təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib. Azərbaycan bayrağı Seçmə mərhələsinə ümumilikdə 250-dən cox yeniyetmə və gənc robot döyüşü, dron, aviamodelizm, innovasiyalar, robot futbolu və məktəbli kateqoriyasının dron futbol və dron tic-tac-toe kateqoriyalar üzrə mübarizə aparmışdılar.

Qaliblər aşağıdakı qaydada müəyyən edilmişdir:

Məktəbli kateqoriyası

Tic-Tac-Toe üzrə:

I yer - Ramal Kərimli
II yer - Səid Yunusov
III yer - Raul Əliyev


Drone Football üzrə:

I yer - Elman Kərimov / Emin Kərimov
II yer - Məhəmməd Hüseynzadə / Nuridə Hacalı
III yer - Rza Davud / Ələkbər Mənəfli


İnnovasiyalar müsabiqəsi kateqoriyası üzrə:

I yer - LidAI komandası: Aqşin Əhmədli, Rza Qasımov, Xaliq Cəbrayıl
II yer - Xarı Bülbül komandası: Muhammed Babakişiyev, Könül Babakişiyeva, Xədicə Babakişiyeva
III yer - Greenland komandası: Ramiz Qəhrəmanlı, Səkinə Cəfərli, Mətanət Şirinova


Aviamodelizm kateqoriyası üzrə:

I yer - Falcon komandası: Murad Məmmədov, Əsmər Əfəndiyeva, Yaşar Mustafayev
II yer - Sky Warrior komandası: Fuad Mahmudlu, Şərif Mehdizadə, Hüseyn Qüdrətov
III yer - Blue Horizon komandası: Valeh Gülmətov, Tahirə Rəşid, Talib Əbilov


FPV Dron (böyüklər) kateqoriyası üzrə:

I yer - Karabakh FPV komandası: Fərid Həmidli, Nihad Xasiyev, Elçin Hüseynzadə
II yer - Gold Snitch komandası: Ləman Musazadə, Əminə Məmmədova, Səfyar Musazadə
III yer - Stonks komandası: Nərmin Rəhimova, Fatimə Sadıqova, Səma Qafarova, Ən-nur Axundlu


Robot futbolu kateqoriyası üzrə:

I yer - Roboroyals komandası: Elcan Yusifli, Ömər Niftəlizadə, Abduləziz Əzizli
II yer - Dinoco komandası: Yusif Mirzəbəyli, Muhamməd Mustafa, Uğur Şəfiyev
III yer - Digital Athletics komandası: Əli Mehdizadə, Yusif Babazadə, Ümid Nəzərli


BotsCombat (Robot Döyüşü) kateqoriyası üzrə:

I yer - Thunderbot komandası: Paşa Rüstəmov, Nəcmin Əliyev, Yusif Kərimli, Səxavət Yəhyayev, Elvin Mirzəzadə
II yer - The Notorious komandası: İftixar Quliyev, David Əliyev, Fərid Mürşüdlü, Kamil Ağayev, Ruslan Qafarlı
III yer - Industry Tank komandası: Rəhman Həsənov, Amal Babazadə, Fərid Şixiyev, Mustafa İsayev, Elvin Əsədov


Robot Döyüşü üzrə “Ən innovativ robot”

UZNF komandası: Ramazan Məmmədov, Fatima Qardaşova, Necati Sərkərov, Rüfət Həsənli, Xalidə Abdullayeva.


Robot Döyüşü üzrə “Ən yaxşı dizayn”

King Ghidorah komandası: Müslüm Qurbanov, Aydın Sulxayev, İslam Hacızadə, Vahab Mütəllibov, Tuncay Şabanov.

King Ghidorah


Qaliblər cari ilin 23-28 Avqust ayında Hindistanın Paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında ölkəmizi təmsil edəcəklər.