WRC AZ


Dünya Robot Çempionatı - Technoxian Azərbaycan 2024-cü ildən etibarən, iyun ayında Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır. Azərbaycan final mərhələsində komandalar “İnnovation contest”, ”WRC Botscombat”, “WRC Rc Craft”, “WRC Drone”, “WRC Robosoccer” olmaqla 5 kateqoriya üzrə, uyğun olaraq, 8-30 yaş arası gənclər mübarizə aparacaqlar. Yarışmanın Beynəlxalq mərhələsi Hindistanın Yeni Delhi şəhərində keçirilir.


AREA


AREA 2016-cı ildə təsis edilmişdir. AREA sözü İngilis dilində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (Azerbaijan Robotics Engineering Academy ) qısaldılmasıdır. Eyni zamanda AREA beynəlxalq şirkəti AVİATİON - ROBOTİCS-ENGİNEERİNG - AUTOMATİON istiqamətləri üzrə beynəlxalq bazarda məhsullar istehsal edir.
www.robot.org.az