WRCC RC Craft
Təyyarələrin hazırlanması və idarə olunması
- Kateqoriya haqqında:
RC Craft kateqoriyası iştirakçıların uzaqdan idarə olunan təyyarə və ya planer modellərini dizayn edib qurduğu, texniki hazırlıq və pilotluq bacarıqlarını nümayiş etdirdiyi robototexnika və aviamodelçilik yarışıdır. Yarışın əsas məqsədi aerodinamik cəhətdən düzgün dizayn edilmiş uçan modelin təhlükəsiz qalxma, manevr və eniş bacarıqlarını nümayiş etdirməkdir. - Yarış Arenası:
- Xüsusi hazırlanmış uçuş zonası
- Qalxma, manevr və eniş üçün işarələnmiş sahələr
- Robot Tələbləri:
- Modellər uzaqdan idarə olunan və simsiz olmalıdır
- Təyyarə/planer qalxma, manevr və eniş edə bilməlidir
- Hər model yarış öncəsi fərdi texniki sınaqdan keçirilir
- Ölçü, Çəki və Yaş Kateqoriyaları:
- Maksimum qanad açıqlığı: 150 sm
- Maksimum çəki (batareya daxil olmaqla): 4 kq
- Yaş həddi: 14–29 yaş
- Komanda Tərkibi:
3 nəfər
