Boxbot
Uzaqdan idarə edilən robotların döyüşü
- Kateqoriya haqqında:
Boxbot kateqoriyası uzaqdan idarə edilən yüngül çəki döyüş robotlarının dizayn edilməsi, qurulması və real döyüş şəraitində qarşılaşdırılması əsasında keçirilən robototexnika yarışıdır. Yarışın əsas məqsədi döyüş zamanı rəqib robotu zərərsizləşdirməkdir. - Yarış Arenası:
- Tam qapalı döyüş kamerası (BattleBox)
- Arena ölçüsü: 0.8 × 0.8 metr
- OOTA (arenadan çıxma) zonaları mövcuddur
- Robot Tələbləri:
- Robotlar uzaqdan idarə olunan və simsiz olmalıdır
- Robotun ən azı 1 aktiv silah sistemi olmalıdır
- Döyüş üçün uyğun mexaniki və texniki konstruksiya tələb olunur
- Ölçü, Çəki və Yaş Kateqoriyaları:
- Maksimum ölçü: 150 × 180 mm, hündürlük 130 mm
- Maksimum çəki: 360 qram (batareya daxil olmaqla)
- Yaş kateqoriyası: 9-12 yaş
- Komanda Tərkibi:
Komanda 2–3 nəfərdən ibarət ola bilər
