WRCC Drone FPV

FPV dron yarışı

  • Kateqoriya haqqında:
    WRCC Drone – FPV kateqoriyası pilotsuz uçuş aparatlarının yüksək sürət, dəqiqlik və idarəetmə bacarığı əsasında yarışdığı beynəlxalq dron yarışıdır. İştirakçılar FPV (First Person View) texnologiyasından istifadə edərək dronları müəyyən edilmiş uçuş trayektoriyası üzrə idarə edir və ən yüksək performansı nümayiş etdirirlər.
  • Yarış Arenası:
    • Beynəlxalq standartlara uyğun hazırlanmış FPV uçuş zonası
    • Maneələr, dönüşlər və sürət seqmentlərindən ibarət yarış trası
    • Uçuş marşrutu pilotların sürət və manevr qabiliyyətini maksimum səviyyədə sınamaq üçün dizayn edilir
  • Robot Tələbləri:
    • Dronlar uzaqdan idarə olunan FPV sistemli olmalıdır
    • Aerodinamik cəhətdən sabit və təhlükəsiz uçuş qabiliyyətinə malik olmalıdır
    • Final mərhələsində dronların performansı xal əsasında qiymətləndirilir
  • Ölçü, Çəki və Yaş Kateqoriyaları:
    • Ölçü diapazonu: 15 × 15 × 15 sm – 30 × 30 × 30 sm
    • Yaş kateqoriyası: 16–29 yaş
  • Komanda Tərkibi:
    Komanda 3 nəfərdən ibarət olmalıdır

FPV Drone PDF: Az | En

fpv drone