Dünya Robot Çempionatının Azərbaycan üzrə Seçmə Mərhələsi Keçirildi – WRC 2024 Qalibləri

8–9 iyun 2024-cü il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Technest” təqaüd proqramının dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi və WRC Azərbaycanın təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında Dünya Robot Çempionatının Azərbaycan üzrə seçmə mərhələsi keçirilib.

Azərbaycan bayrağı

Seçmə mərhələsinə ümumilikdə 250-dən çox yeniyetmə və gənc robot döyüşü, dron, aviamodelizm, innovasiyalar, robot futbolu və məktəbli kateqoriyalarında mübarizə aparmışdır.

Qaliblər aşağıdakı qaydada müəyyən edilmişdir:

Məktəbli kateqoriyası

Tic-Tac-Toe üzrə:

  • I yer – Ramal Kərimli
  • II yer – Səid Yunusov
  • III yer – Raul Əliyev

Drone Football üzrə:

  • I yer – Elman Kərimov / Emin Kərimov
  • II yer – Məhəmməd Hüseynzadə / Nuridə Hacalı
  • III yer – Rza Davud / Ələkbər Mənəfli

İnnovasiyalar müsabiqəsi üzrə:

  • I yer – LidAI: Aqşin Əhmədli, Rza Qasımov, Xaliq Cəbrayıl
  • II yer – Xarı Bülbül: Muhammed Babakişiyev, Könül Babakişiyeva, Xədicə Babakişiyeva
  • III yer – Greenland: Ramiz Qəhrəmanlı, Səkinə Cəfərli, Mətanət Şirinova

Aviamodelizm üzrə:

  • I yer – Falcon: Murad Məmmədov, Əsmər Əfəndiyeva, Yaşar Mustafayev
  • II yer – Sky Warrior: Fuad Mahmudlu, Şərif Mehdizadə, Hüseyn Qüdrətov
  • III yer – Blue Horizon: Valeh Gülmətov, Tahirə Rəşid, Talib Əbilov

FPV Dron (böyüklər):

  • I yer – Karabakh FPV: Fərid Həmidli, Nihad Xasiyev, Elçin Hüseynzadə
  • II yer – Gold Snitch: Ləman Musazadə, Əminə Məmmədova, Səfyar Musazadə
  • III yer – Stonks: Nərmin Rəhimova, Fatimə Sadıqova, Səma Qafarova, Ən-nur Axundlu

Robot futbolu üzrə:

  • I yer – Roboroyals: Elcan Yusifli, Ömər Niftəlizadə, Abduləziz Əzizli
  • II yer – Dinoco: Yusif Mirzəbəyli, Muhamməd Mustafa, Uğur Şəfiyev
  • III yer – Digital Athletics: Əli Mehdizadə, Yusif Babazadə, Ümid Nəzərli

BotsCombat (Robot Döyüşü):

  • I yer – Thunderbot: Paşa Rüstəmov, Nəcmin Əliyev, Yusif Kərimli, Səxavət Yəhyayev, Elvin Mirzəzadə
  • II yer – The Notorious: İftixar Quliyev, David Əliyev, Fərid Mürşüdlü, Kamil Ağayev, Ruslan Qafarlı
  • III yer – Industry Tank: Rəhman Həsənov, Amal Babazadə, Fərid Şixiyev, Mustafa İsayev, Elvin Əsədov

Robot Döyüşü – Ən innovativ robot:

UZNF komandası: Ramazan Məmmədov, Fatima Qardaşova, Necati Sərkərov, Rüfət Həsənli, Xalidə Abdullayeva

Robot Döyüşü – Ən yaxşı dizayn:

King Ghidorah komandası: Müslüm Qurbanov, Aydın Sulxayev, İslam Hacızadə, Vahab Mütəllibov, Tuncay Şabanov

King Ghidorah komandası

Qaliblər cari ilin 23–28 avqust tarixlərində Hindistanın paytaxtı Yeni Dehli şəhərində keçiriləcək Dünya Robot Çempionatının finalında ölkəmizi təmsil edəcəklər.