AI Championship Category
- Yaş kateqoriyası: 12–29 yaş
- Robot platforması:
- 12–15 yaş (Junior): Təşkilatçı tərəfindən müəyyən edilmiş Tinybit Pro
- 15–29 yaş (Open): Sərbəst seçim (qaydalara uyğun)
- Proqram təminatı: Süni intellekt əsaslı proqram təminatının istifadəsi məcburidir.
- Avtonomluq: Robot yarış boyunca tam avtonom işləməlidir.
- Kateqoriya təsviri: AI Championship layihə əsaslı, tam avtonom robototexnika yarışmasıdır. Bu kateqoriya iştirakçıların süni intellekt modellərini real robot sistemlərinə inteqrasiya etmə, ətraf mühiti qavrama, müstəqil qərarvermə və əvvəlcədən müəyyən edilmiş tapşırıqları avtonom şəkildə icra etmə bacarıqlarını qiymətləndirir.
- Yarış zamanı uzaqdan idarəetmə, insan müdaxiləsi, robotun xarici qurğularla simsiz və ya fiziki əlaqəsi, həmçinin robotdan kənar hesablama qəti qadağandır. Bütün qərarvermə və hesablama prosesləri yalnız robotun üzərində həyata keçirilməlidir.
AI Championship Qaydalar PDF: Aze | En
