AI Champion Junior və Senior Kateqoriyalarının Rəsmi Yarış Xəritələri Elan Olundu!
World Robot Caspian Cup 2026 turnirinə doğru geri sayım davam edərkən, gənc və peşəkar mühəndislərin ən çox maraq göstərdiyi kateqoriyalardan olan AI Champion Junior və AI Champion Senior üzrə rəsmi yarış xəritələri artıq hazırdır.
Süni intellekt alqoritmlərinin hazırlanacağı, sürətli kodlaşdırma və strateji tapşırıqların icra olunacağı bu xəritələr iştirakçıların:
- Kod dizaynı bacarıqlarını,
- Sensorların kalibrasiyasını,
- Real vaxt rejimində qərarvermə qabiliyyətini
maksimum səviyyədə sınaqdan keçirəcək.
Yarışa hazırlaşan bütün komandalara uğurlar arzulayırıq. Ümid edirik ki, bu xəritələr hazırlıq prosesində sizə faydalı olacaq və turnirdə yüksək nəticələr əldə etməyinizə kömək edəcək.
