AKTA Azerbaijan WRCC 2026-nın Tərəfdaşı Oldu
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) World Robot Caspian Cup 2026-ya rəsmi tərəfdaş kimi qoşuldu. Bu əməkdaşlıq gənclərin texnologiya və innovasiya sahəsindəki inkişafına verilən dəstəyi daha da genişləndirir. Gənclərin potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi layihənin əsas prioritetlərindən biri olaraq qalır.
