WRCC 2026 Yarışının I Mərhələsini Uğurla Keçən Komandalar Açıqlanıb

World Robot Caspian Cup 2026 çərçivəsində keçirilən yarışın I mərhələsi uğurla yekunlaşıb.

İlkin seçim mərhələsini müvəffəqiyyətlə tamamlayan və növbəti mərhələyə vəsiqə qazanan komandaların adları artıq açıqlanıb.

Bu səhifədə yarışda iştirak edən bütün komandaların nəticələri, eləcə də I mərhələdən növbəti mərhələyə yüksələn komandaların tam siyahısı təqdim olunur.

Qeyd edək ki, komandalarla bağlı bütün məlumatlar Google Form vasitəsilə toplanmış və rəsmi qaydada təsdiqlənmişdir.

Növbəti mərhələnin tarixləri, yarış formatı və əlavə məlumatlarla bağlı yeniliklərdən vaxtında xəbərdar olmaq üçün səhifəmizi mütəmadi olaraq izləməyinizi tövsiyə edirik.